Fəllucə əməliyyatı; ən son xəbərlər və əməliyyatın uzanması səbəbləri
https://azeri.sahartv.ir/news/qərbi_asia-i220630-fəllucə_əməliyyatı_ən_son_xəbərlər_və_əməliyyatın_uzanması_səbəbləri
Fəllucə şəhərinin 3 istiqamətdən mühasirəyə alındığı və indiyə qədər 400-dən çox terrorçunun öldürüldüyü bir şəraitdə İraq ordusu və sünni tayfaların Fəllucə şəhərinin mərkəzinə doğru irəliləməsi üçün geri sayım başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2016 11:20 Asia/Baku
  • Fəllucə əməliyyatı
    Fəllucə əməliyyatı

Fəllucə şəhərinin 3 istiqamətdən mühasirəyə alındığı və indiyə qədər 400-dən çox terrorçunun öldürüldüyü bir şəraitdə İraq ordusu və sünni tayfaların Fəllucə şəhərinin mərkəzinə doğru irəliləməsi üçün geri sayım başlanıb.

İraqın əl-Ənbar əyalətində yerləşən Fəllucə şəhərinin işğaldan azad edilməsi əməliyyatına 2 həftə öncə start verilib. Bu əməliyyatda ordu qüvvələri, könüllü xalq qüvvələri, terrorizmlə mübarizə qüvvələri və sünni tayfalar iştirak edirlər.

İraq ordusu ötən iki həftə ərzində Fəllucə şəhərinin ətraf məntəqələrini təmizləməyə və şəhəri 3 istiqamətdən mühasirəyə almağa nail olublar.

Könüllü xalq qüvvələrinin şəhərə daxil olmaq niyyətində olmadıqlarını elan etməsinə rəğmən İŞİD-i himayə edən medialar İraqda tayfalararası savaşın cərəyan etdiyi görüntüsünü yaratmağa və hadisələrin sünni-şiə qarşıdurmasına doğru hərəkət etdiyi barədə yanlış təsəvvür yaratmağa çalışırlar.

Bu məsələ Fəllucə şəhərinin azad edilməsi əməliyyatının yavaşlamasına səbəb olub. Və iraqlı qüvvələr on minlərlə şəhər sakininin həyatını xilas etmək üçün tam diqqətlə irəliləməyə çalışırlar.

İraqın baş naziri Heydər əl-İbadi Fəllucədə, döyüşlərin getdiyi ön xətdə olaraq, deyib: "Döyüş bölgəsinə baxış keçirdim. Döyüşçülərin ruh yüksəkliyi çox yaxşıdır. Savaşı Fəllucə şəhərinə girənə və şəhəri azad edəcəyimiz zamana qədər davam etdirəcəyik. Evlərdə və küçələrdə quraşdırılmış partlayıcı qurğular və minalar işi bir qədər çətinləşdirib. Düşmən həmçinin, şəhər sakinlərindən insan divarı kimi istifadə edir. Təhlükəsizlik qüvvələri və silahlı qüvvələr o cümlədən könüllü xalq qüvvələri şəhər sakinlərinin həyatını qorumağa xüsusi diqqət və qayğı göstərirlər. Amma, şəhər sakinlərinin də ölməsi ehtimalı var. Bu bir müharibədir. Müharibə əyləncə deyil. Müharibə xarabalıq və ölüm deməkdir. Düşmənimiz isə çox qəzəbli və amansızdır. İraq xalqını qırğın edir."

Fəllucə şəhərinin azad edilməsi əməliyyatının başlanmasından bəri 47 kənd və qəsəbə terrorçulardan təmizlənib.

Fəllucənin azad edilməsi əməliyyatında indiyə qədər 400terrorçu öldürülüb, yüzlərlə nəfər yaralanıb.

Hazırda Fəllucə şəhəri şimal, şərq və cənub istiqamətlərindən iraqlı qüvvələr tərəfindən tam mühasirəyə alınıb.