İraq müdafiə naziri: Sivillərin olması Fəllucənin azadlığında böyük maneədir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i221104-İraq_müdafiə_naziri_sivillərin_olması_fəllucənin_azadlığında_böyük_maneədir
İraqın müdafiə naziri Fəllucədə sivillərin olmasını bu şəhərin azad olunması üçün ən böyük maneə adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2016 07:02 Asia/Baku
  • İraq müdafiə naziri: Sivillərin olması Fəllucənin azadlığında böyük maneədir
    İraq müdafiə naziri: Sivillərin olması Fəllucənin azadlığında böyük maneədir

İraqın müdafiə naziri Fəllucədə sivillərin olmasını bu şəhərin azad olunması üçün ən böyük maneə adlandırıb.

Əl-Minar telekanalının məlumatına görə, İraq müdafiə naziri Xalid əl-Übeydi Fəllucənin azad olunmasının yekun mərhələyə çatdığını bildirərək deyib: Hərbi qüvvələr bir neçə gün ərzində bu şəhəri azad etmək iqtidarındadır. Lakin İŞİD-in bu şəhərdə sivilləri mühasirəyə alması bu məsələyə mane olur.

Əl-Übeydi əlavə edib: Sivillərin həyatını qorumaq bir çox hallarda silahlı qüvvələrimiz üçün işi çətinləşdirib.

İraq müdafiə naziri əlavə edib: Ümidvarıq sivillər bu şəhərdən çıxacaqlar. Lakin şəhərdən qaça bilmirlərsə, öz mənzillərində qalsınlar. Onları seçimləri bunlardır. çünki Fəllucə müharibəsinin taleyi aydınlaşmalıdır.