Beyrut partlayışında məqsəd Livan və Hizbullaha zərbə vurmaq olub
-
Nəbi Beri
Livan parlamentinin sədri Beyrutda törədilən partlayışda məqsədin Livana və Livan Hizbullahına zərbə vurmaq olduğunu deyib.
İRNA-nın verdiyi məlumata görə Livan parlamentinin sədri Nəbi Beri bir bəyanatda bildirib ki düşmənlər Beyrutda partlayış törətməklə Livanda vəziyyəti gərginləşdirmək istəyirlər.
Nəbi Beri deyib: Bu şübhəli partlayışın nişanələri Livan düşmənləri tərəfindən mütəşəkkil cinayətdən xəbər verir.
Livan parlamentinin sədri deyib: Bu partlayış İsrailin müharibələr , hücumlar və məkirli planlarına rəğmən öz fəaliyyətini davam etdirən Livanın özəl bank sistemini hədəfə alıb.
Livanlı ekspert Məhəmməd Obəyd də deyib: Dünənki partlayışda məqsəd Hizbullahı günahlandırmaq olmuşdur.
Livan qəzetləri də Beyrut partlayışında məqsədin ABŞ-ın Livan banklarına qarşı sanksiyalarından sonra, müqaviməti ittihama məruz qoymaq, Hizbullahın mühasirəsi planını təkmilləşdirməkdən ibarət olduğunu bildirirlər.
Dünən gecə Beyrutun Fərdan məhəlləsində bomba partlayışı nəticəsində iki nəfər yaralanıb.