Türkiyənin şərqində güclü partlayış baş verib
İyun 13, 2016 19:09 Asia/Baku
-
Türkiyənin şərqində güclü partlayış baş verib
Türkiyə mediyaları ölkənin şərqində Tüncalı şəhərinin məhkəmə işçilərinin yaşayış kompleksi qarşısında güclü partlayışın baş verdiyini bildiriblər.
NTV-nin verdiyi məlumata görə, bu gün baş verən bu partlayış nəticəsində onlarla adam ölüb və yaralanıb.
Yanğına səbəb olan bu hadisənin ardınca təcili yardım və yanğın söndürmə əməliyyatı həyata keçirilir.
Hadisənin təfərrüatı barədə əlavə məlumat yayılmayıb.
Ötən həftə də Mardin vilayətinin Midiat şəhərində polis mərkəzinə terror hücumunda onlarla adam ölüb və yaralanmışdı.
Qeyd edək ki, 2015-ci il iyul ayında Suruç şəhərində baş verən partlayışdan sonra Türkiyənin kürd sakinli şərq və cənub şərq bölgələri Türkiyə ordusu ilə PKK yaraqlıları arasında qanlı toqquşmaların şahididir.