Koalisiya qüvvələrinin Yəmənə qarşı hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i221194-koalisiya_qüvvələrinin_yəmənə_qarşı_hücumları_davam_edir
Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar Koalisiya qüvvələri Yəmənin müxtəlif bölgələrinə hücumlarını davam etdirirlər
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 13, 2016 14:40 Asia/Baku
  • Koalisiya qüvvələrinin Yəmənə qarşı hücumları davam edir
    Koalisiya qüvvələrinin Yəmənə qarşı hücumları davam edir

Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar Koalisiya qüvvələri Yəmənin müxtəlif bölgələrinə hücumlarını davam etdirirlər

Əl-Məsirə telekanalının verdiyi məlumata görə, Səudiyyə muzdluları Yəmənin cənubunda Təəz vilayətinin Ziyab şəhərini artileriya və raket hücumuna məruz qoyublar.

Həmçinin Səudiyyə Ərəbistanının hərbi təyyarələri Sədə vilayəti səmasında uçuşlar həyata keçiriblər.

Marib vilayətindən əldə olunan məlumata görə Muzdlular bir neçə bölgəni raket hədəfinə alıblar.

Səudiyyə muzdluları Həccə vilayətində Midi bölgəsini bombardman ediblər.

Səudiyyə Ərəbistanı məntəqənin bəzi ərəb ölkələrinin əməkdaşlığı və ABŞ-ın müşayiəti ilə 2015-ci il mart ayından Yəmənə qarşı geniş hücumlara başlayıb. Ali-Səudun məqsədi istefa vermiş prezident Əbd Rəbə Mənsur Hadini hakimiyyətə qaytarmaqdan ibarətdir.