Növbəti fələstinli əsir aclıq aksiyasına başlayıb
Mühakiməsiz və ittihamı elan olunmadan həbs edilməsinə etiraz əlaməti olaraq başqa bir fələstinli də aclıq aksiyasına başlayıb.
Məa İnformasiya Agentliyinin verdiyi məlumata görə, fələstinli əsrilərə dəstək mərkəzi bildirib ki, Fələstinli əsir Bilal Qaid sionist rejim həbsxanasında 14 illik cəzasını bitirərək dünən azadlığa buraxılmalı idi, lakin bu rejim məmurları heç bir səbəb söyləmədən və ittiham səsləndirmədən ona əlavə 6 ay həbs nəzərdə tutublar.
Bu məlumata görə, Fələstinin azadlığı uğrunda xalq cəbhəsinin üzvü Bilal Qaid sionist rejimin bu hərəkətinə etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb.
Fələstinli əsirlərə dəstək mərkəzi də sionist rejim tərəfindən fələstinlilərin idari göstərişlərlə həbs edilmələrini pisləyib bu rəftarın təhlükəli nəticələrə gətirib çıxaracağını bildirib.
Fələstinli əsirlərin hüquqlarını müdafiə müəssisəsinin (Zəmir) verdiyi məlumata görə hal-hazırda sionist rejim həbsxanalarında 7 min fələstinli əsir saxlanılır ki , onlardan 715 nəfəri idari göstərişlərlə həbs olunub.
Hal-hazırda sionist rejim məhbəslərində saxlanılan 5 fələstinli məhbus sionist rejimin bu hərəkətinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirməkdədir.