Suriyanın şimalında çoxlu sayda terrorçu öldürülüb
-
Suriyanın şimalında çoxlu sayda terrorçu öldürülüb
Suriya ordusu ölkənin şimalında keçirdiyi əməliyyatda çoxlu sayda terrorçunu məhv edib.
Rusiya əl-Youm telekanalının məlumatına görə, çərşənbə günü Suriya ordusu Hələb şəhərinin cənub ətrafında əl-Nüsrə Cəbhəsi terrorçularına qarşı keçirdiyi əməliyyatda 70 terrorçunu öldürüb və onların hərbi təchizatını məhv edib.
Suriya ordusu həmçinin Hələbin cənubunda Zərbə şəhərciyində Ceyşül-Fəth və əl-Nüsrə Cəbhəsi teror qruplaşmalarının genişmiqyaslı hücumunun qarşısını alıb.
Eyni zamanda Suriya ordusu Homsun şərq ətrafında Tədmur-əl-Səxnə yolunun ətrafını və Siryatel yüksəkliklərini azad edib.
Əl-Nüsrə Cəbhəsi terror qruplaşmasının təxminən 100 terrorçusu Suriya və Türkiyə arasında sərhəd bölgəsinə gəlib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, bu terrorçular Laziqiyyə vilayətinin kəndləri, Dəməşq və Həmaya hücum edirlər.