İyun 16, 2016 10:35 Asia/Baku
  • Türkiyə- İŞİD əməkdaşlığı
    Türkiyə- İŞİD əməkdaşlığı

Türkiyənin Cümhuriyyət qəzeti bu ölkənin bir hökumət komitəsinin Suriyaya silah göndərilməsi üçün İŞİD terror qruplaşması ilə əməkdaşlığına dair səsli sənədi ifşa edib.

Bu sənədlərə əsasən, İŞİD üzvlərindən və hərbi təchizat və terrorçuların Suriyaya nəqli üzrə əməliyyat koordinatoru Oğuzxan Gözləmci 23 sentyabr 2013-cü ildə Yusif adlı şəxslə telefonda hərbi təchizatın Suriyaya göndərilməsi barəsində söhbət edib.

Gözləmci bu telefon söhbətində bildirib: Türkiyənin Humanitar Yardım, İnsan Haqları və Azadlıqları Komitəsinin köməyi ilə təchizata şamil olan yük maşını və 3 kiçik yük maşının bu ölkə sərhədindən Suriyaya doğru hərəkət etməsinə şərait yaradıb.

Bu məlumata görə, Gözləmci 4 nəfərlə birlikdə hərbi təchizatı alaraq Türkiyə sərhədlərindən Suriyaya keçib. Lakin bu əməliyyata nəzarət edən Türkiyə polisi bu nəfərin həbsi üçün heç bir addım atmayıb.

Cümhuriyyət qəzeti 2014-cü il may ayında da bir video yayımladı. Videoda Türkiyənin Milli İstihbarat Təşkilatı MİT-in dərman qutularında yerləşdirilmiş silah-sursatı yük maşınları ilə Suriyada İŞİD terrorçularına göndərilməsi əks olunurdu.

Türkiyə hökuməti bu videonun yayılmasına reaksiyada Cümhuriyyət qəzetinin yayımını dayandırdı.

Teqlər