Ali-Xəlifə rejimi bəhreynli müxaliflərin səsini boğmaq ardıncadır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i221521-ali_xəlifə_rejimi_bəhreynli_müxaliflərin_səsini_boğmaq_ardıncadır
Bəhreynli insan haqları fəalı Ali-Xəlifə rejiminin Bəhreyn Milli Birlik İslam Cəmiyyətinin ləğv etməsini pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2016 08:00 Asia/Baku
  • Ali-Xəlifə rejimi bəhreynli müxaliflərin səsini boğmaq ardıncadır
    Ali-Xəlifə rejimi bəhreynli müxaliflərin səsini boğmaq ardıncadır

Bəhreynli insan haqları fəalı Ali-Xəlifə rejiminin Bəhreyn Milli Birlik İslam Cəmiyyətinin ləğv etməsini pisləyib.

İnas Oun bildirib: Ali-Xəlifə rejimi Milli Birlik İslam Cəmiyyətini ləğv etməklə müxaliflərin səsini söndürmək ardıncadır.

Oun bildirib: Bəhreyn Milli Birlik İslam Cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın cəzasının 4 ildən 9 ilə artırılması və bu cəmiyyətin ləğv edilməsi göstərir ki, bu qərar siyasi xarakterlidir. Çünki Birlik İslam Cəmiyyəti qanuni şəkildə və hökumətin icazəsi ilə fəaliyyət göstərirdi.

Bəhreyn rejimi Milli Birlik İslam Cəmiyyətinin fəaliyyətlərini terror fəaliyyətləri adlandırdığı bəhanə ilə dayandırıb və bildirib ki, bu cəmiyyətə bağlı bütün binalar bağlanıb.

Bəhreyn 2011-ci ildən bu ölkə xalqının Ali-Xəlifə hakim ailəsinə qarşı dinc etirazlarının şahididir. Ali-Xəlifə rejimi öz müqəddəratını təyin etmək istəyən müxaliflərə qarşı sərtlikdən istifadə etməklə cavab verir.