İyun 16, 2016 16:33 Asia/Baku
  • Bəhreynli alimlər Ali-Xəlifə rejiminin son hərəkətlərinə reaksiya veriblər
    Bəhreynli alimlər Ali-Xəlifə rejiminin son hərəkətlərinə reaksiya veriblər

Bəhreyn alimləri müxalif cəmiyyətlərin lissenziyasının ləğv edilməsi, onların ofislərinin bağlanılması və insanların həbs edilməsini "müharibə elanı" adlandırıblar.

Fars İnformasiya Agentliyinin verdiyi məlumata görə, Bəhreyn alimləri bu gün bir bəyanat yayaraq, Ali-Xəlifə rejiminin xalqa və müxalif dini və siyasi qruplara qarşı represiyalarını pisləyiblər.

Bəhreyn alimlərinin bəyanatında Bəhreyn rejiminin siyasətlərinin terrorçuluq xarakteri daşıdığı bildirilir. Bəyanatda deyilir: Təzyiqlərin inadla artırılması məntiqsizlikdən mənşə alır və siyasətin kənara qoyulması, öz qanuni hüquqlarını dinc yollarla tələb edən xalqa qarşı firqəçilik bağışının göstəricisidir.

Bəhreyn alimləri bildiriblər: İqtidar represiv təşəbbüslərlə xalqın hərəkatına son qoyacağını təssəvvür edirsə yanılır.

Bəyanatda sonra deyilir: " Əttəuiyyəl-İslamiyyə" cəmiyyəti Bəhreyndə əsil sərbəst islami oyanış üçün seçilən addır və hakim rejim bu cəmiyyəti Bəhreyn alimləri islami məclisi kimi buraxa bilməz.

Bəhreynin ən əsas müxalifəti olan Əlvifaq cəmiyyətinin bütün ofisləri cari həftə ərzində Ali-Xəlifə rejimi tərəfindən bağlanıb və eyni zamanda digər iki muxalif cəmiyyət olan Əttəuiyyəl-İslamiy və Ərrisalə cəmiyyətlərinin də fəaliyyəti dayandırılıb.

Ötən həftə Bəhreyn insan haqları mərkəzinin sədri Nəbil Rəcəb neçə ay azadlıqdan sonra yenidən həbs edilib.

Öncə də Bəhreyn məhkəməsi Əl-Vifaq cəmiyyətinin sədri Şeyx Əli Salmanın həbs hökmünün müddətini 4 ildən 9 ilə uzaltmışdır.

Bəhreyn 2011-ci ildən xalqın Ali-Xəlifə rejiminə qarşı dinc etirazlarının şahididir.

Bəhreyn xalqı azadlıq, ədalət və demokratik hökumətin yaranmasını istəyir.

 

Teqlər