Yəmənli uşaqlar BMT-nin Ərəbistana dəstək verməsini pisləyiblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i221566-yəmənli_uşaqlar_bmt_nin_Ərəbistana_dəstək_verməsini_pisləyiblər
Yüzlərlə yəmənli uşaq və yeniyetmə paytaxt Səna şəhərində BMT-nin ofisi qarşısında piket keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2016 14:45 Asia/Baku
  • Yəmənli uşaqlar BMT-nin Ərəbistana dəstək verməsini pisləyiblər
    Yəmənli uşaqlar BMT-nin Ərəbistana dəstək verməsini pisləyiblər

Yüzlərlə yəmənli uşaq və yeniyetmə paytaxt Səna şəhərində BMT-nin ofisi qarşısında piket keçirib.

PressTv-nin verdiyi məlumata görə dünən yəmənli uşaqlar Sənada BMT-nin ofisi qarşısına toplaşaraq bu təşkilatın Səudiyyə Ərəbistanını qara siyahıdan çıxarmasını pisləyiblər.

BMT son günlərdə Səudiyyə Ərəbistanını yəmənli uşaqlara qarşı törətdiyi cinayətlərə görə qara siyahıya aldı ancaq Ali-Səud rejiminin BMT-ni bu təşkilata göstərdiyi maliyyə yardımlardan məhrum edəcəyi ilə hədələməsindən dər hal sonra BMT bu rejimin adını qara siyahıdan çıxartdı.

BMT-nin Sənadakı ofisi qarşısına toplaşan yəmənli uşaq və yeniyetmələr simvolik olaraq yerə uzandılar və beləliklə dünyanın diqqətini yəmənli uşaqların qırğınına çəkməyə səy göstərdilər.