İyun 20, 2016 16:25 Asia/Baku
  • Səlim Əccəburi
    Səlim Əccəburi

İraq parlamentinin sədri: Fəllucənin azad edilməsi İraqda İŞİD terrorçularının yolun sonuna çatdıqlarını göstərən aydın sübutdur

Suməriyyə Nyus telekanalının verdiyi məlumata görə, İraq parlamentinin sədri Səlim Əccəburi dünən Britaniyanın Bağdaddakı səfiri Frank Piker ilə görüşündə deyib: İraq qüvvələrinin Fəllucə şəhərindəki son qələbələri bu ölkədə təkfirçi İŞİD terrorçularının yolun sonuna çatdıqlarını göstərir.

görüşdə həmçinin İraqda siyasi və təhlükəsizlik durumu, qarşılıqlı əlaqələrin genişləndirilməsi yolları barədə danışıqlar aparılıb.

Britaniyanın Bağdaddakı səfiri də İraq ordusunun bu böyük qələbəsini təbrik edərək iraqlı qüvvələrin ölkənin işğal altında olan digər ərazilərini də İŞİD terrorçularının işğalından azad edəcəyinə ümidvar olduğunu deyib.

Digər tərəfdən İraq dövlətinin sözçüsü Səd Əl-Hədisi İraq qüvvələrinin terrorçuların İraq şəhərlərindən qovulması əməliyyatına təkid edərək deyib ki, 2016-cı il İŞİD-ın sonu ili olacaq.

Əl-Hədisi Mosul şəhərinin İŞİD terrorçularından azad ediləcəyi ilə 2016-cı ilin İŞİD-ə qələbə ili kimi yadda qalacağını vurğulayıb və baş nazir Heydər Əl-İbadi də oxşar bəyanatda İŞİD terrorçu qrupuna son qələbənin cari miladi ilində reallaşacağı barədə öz üzərinə öhdəlik götürdüyünü deyib.

İraq hökumətinin sözçüsü də Fəllucə qələbəsinə toxunaraq deyib: Bu qələbə İŞİD terrorçularının işğal etdiyi ərazilərdən çıxarılmaları istiqamətində atılan önəmli addımdır.

Teqlər