Ceyşulfəth ünsürlərindən bir qrupu məhv edilib
İyun 23, 2016 05:53 Asia/Baku
-
Ceyşulfəth ünsürlərindən bir qrupu məhv edilib
Ceyşulfəth ünsürlərindən bir qrupu bomba partlayışı nəticəsində məhv edilib və İŞİD ünsürləri də Əlriqqədə Suriya ordusuna və onun müttəfiqlərinə hücum ediblər.
Əlməyadin telekanalı öz müxbirinə istinadla İdlibdə bomba partlayışı nəticəsində Ceyşulfəth ünsürlərindən azı 5 nəfərin ölməsi, 10 nəfərin də yaralanmasından xəbər verib. Digər tərəfdən, İŞİD ünsürləri Əlriqqənin qərb hissəsində Suriya ordusunu və onun müttəfiqlərini hədəfə alıblar ki, bu da qüvvələrin bəzi məntəqələrdən geri çəkilmələrinə bais olub.
Teqlər