Müqavimət mehvəri, Qüds və Fələstini himayə üzrə doğru mehvər
Qəzzədə mücahidlər hərəkatının xarici əlaqələr üzrə məsul şəxsi deyib ki, müqavimət mehvəri, Qüds və Fələstini himayə üzrə doğru mehvərdir.
Nail Əbuodə Əlaləm telekanlı ilə müsahibədə Ümumdünya Qüds gününün qeyd olunması üzrə ərəb və islami ölkələrdəki hazırlıq haqda danışıb: Ümumdünya Qüds günü ərəb və İslam ümmətinin həyatında böyük bir hadisədir. Bir neçə gündən sonra Ümumdünya Qüds günüdür, amma ərəb və islami ölkələr daxili iğtişaş və bir çox problemlə üz-üzədirlər. Sioinst rejimlə Amerikanın ərəb və islami ölkələrə qarşı böyük fitnələri cərəyandadır. Regionda sionist rejim və Amerika ilə müttəfiq olan bəzi rejimlər bu fitnəni icra edirlər ki, fələstinli müqavimət qüvvələri yatırılsınlar. İmam Xomeyni(r.ə.) ona görə mübarək ramazan ayının sonuncu cüməsini Ümumdünya Qüds günü elan etdilər ki, Qüds bütün dünya müsəlmanlarının ürəkləri və yaddaşlarında yaşasın və Qüds və Fələstin hamının əsas məsələsi olmuş olsun.
Amma sionist rejimlə əlaqələrin adiləşməsi və saziş mehvərində duran kəslər ABŞ və sionist rejimin regiondakı siyasətlərinə kömək edir və Təl-Əviv ilə Vaşinqtonun ərəb və islami ölkələrin mənbələrinə yiyələnmələrinin artmasının ardıncadırlar. Biz tarixi bir dönüş nöqtəsində dururuq. Ərəb və islami ölkələr Ümumdünya Qüds günündən bəhrələnərək, Qüds və Fələstinə daha çox dəstək verməlidirlər.