İyun 23, 2016 15:47 Asia/Baku
  • Rəcəb Təyyib Ərdoğan
    Rəcəb Təyyib Ərdoğan

Türkiyə prezidenti Avropa Birliyinə qoşulmağın uzun prosesinin davam etdirilməsi üçün ölkədə referendumun keçirilməsini təklif edib.

Frans-Pressin verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan dünən AB-nin Türkiyə ilə davranış tərzini kəskin tənqid edərək deyib: Türkiyə də İngiltərəyə oxşar bir təşəbbüsdə bir referendum keçirə bilər, qoy Türkiyənin AB-yə üzv olmaq üçün həyata keçirdiyi səylərin davam etməsi, yaxud dayandırılması barədə xalq qərar versin.

Ərdoğan Avropanı sadəcə müsəlman ölkə olduğuna görə, Türkiyəni üzv qəbul etmək istəməməkdə ittiham edib.

Türkiyə 1999-cu ildə AB-yə üzvluyə namizəd kimi qəbul olundu və bu barədə müzakirələr 2005-də başlandı, lakin bu müzakirələr bu günədək heç bit nəticə verməmişdir.

Avropa Birliyi Türkiyəni kürd məsələsindəki siyasətləri, eləcə də mediya azadlıqları məsələsində tənqid edir.

Teqlər