Fəllucənin şimal və mərkəzi məntəqələri tamamilə azad edilib
-
Fəllucənin şimal və mərkəzi məntəqələri tamamilə azad edilib
İraqın müştərək qüvvələri Fəllucənin şimal və mərkəzi məntəqələri tamamilə azad ediblər. Eyni zamanda, İraqın şimalında və Mosulun cənubundakı Qiyarə məntəqəsində təkfirçi-sionist İŞİD terrorçularının müdafiə xətləri darmadağın edilib.
Fəllucədə iraqlı qüvvələrlə İŞİD qalıqları arasındakı döyüşlər davam edir. Fəllucə əməliyyatının komandanı general-leytenant Əbdulvəhab Əlsaidi bildiirb ki, iraqlı qüvvələr Fəllucənin şimalı və mərkəzindəki Əlmuəllimin və Cövlan məntəqələrini tam şəkildə İŞİD qalıqlarından təmizləyiblər.
Fəllucənin cənubunda iraqlı qüvvələr Əcrəbiyyə kəndi ilə Fərat çayı arasındakı məntgəqələri terrorçulardan geri ala biliblər.
İraqın federal polisinin rəisi general-leytenant Raid Cövdət deyib: Bizim qüvvələr qədim körpü istiqamətini azad edə və İŞİD-in çayın ikinci sahilindəki yardım xətlərini kəsə biliblər. Eyni zamanda, polis qüvvələri Əskan və Rəsaf məhəlləsinə doğru irəliləyərək, bu məntəqələri də terrorçu qalıqlarından təmizləməyə haızırdırlar.
İraqın şimal cəbhəsində də iraqlı qüvvələrin Səlahəddin vilayətinin şimalında yerləşən Şərqat məntəqəsinin cənubundakı Şeyx Əli məntəqəsinə hücum barədə xəbər gəlir.
Neynəva vilayətində də İraqın Terrorizmlə Mübarizə Təşkilatının tabeliyində olan qüvvələr strateji Qiyarə məntəqəsinə doğru irəliləyişlərini davam etdirirlər. Onların hədəfi, bu şəhərin tam mühasirəsi və şəhərə hücuma zəmin yaratmaqdır.
İraqın Terrorizmlə Mübarizə Təşkilatının komandanı general-leytenant Əbdulqəni Ələsədi deyir: Dünən bizim bölmələrimiz düşmənin müdafiə xətlərini yarmağa müvəffəq olublar. Əlbəttə, onlar hələ bu qənaətdədirlər ki, bizim bölmələrimiz qarşısında müqavimət edə bilərlər, amma belə olmayacaq.
Artilleriya bölməsi Qiyarənin tabeliyində olan Zənavil kəndini dəqiq şəkildə atəşə tutaraq, İŞİD başçılarından üç nəfəri öldürə bilibdir.