İyun 23, 2016 18:22 Asia/Baku
  • İŞİD Fəllucəni oda çəkir
    İŞİD Fəllucəni oda çəkir

Terrorçu İŞİD qrupu İraqın Qərbində Fəllucədə məruz qaldığı məğlubiyyətin əvəzini şəhər evləri və əhalinin əmlakına od vurmaqla çıxmaq istəyib.

Əl-Əxbar Əl-İraq portalının bu gün yaydığı məlumata görə, İŞİD terrorçuları Fəllucədə son vasitə olaraq bu hərəkətə əl atıblar.

Digər tərəfdən, Fəllucədə İraq qüvvələri irəliləməkdə davam edirlər, onlar şəhərin şimal və mərkəzi hissəsini tamamilə terrorçulardan azad ediblər. İraqlı qüvvələr həmçinin İraqın şimalında Mosulun cənubunda yerləşən Qiyarə bölgəsində İŞİD terrorçularının müdafiə xəttini dağıdıblar.

İraqın terrorizm ilə mübarizə təşkilatının qüvvələri də strateji əhəmiyyətli Qiyarə bölgəsinə doğru irəliləyirlər, məqsəd, bu şəhəri tamamilə mühasirəyə alaraq, şəhərdəki terrorçulara qarşı hərtərəfli hücuma keçməkdən ibarətdir.

İraq ordusunun artilleriya bölməsi də Qiyarənin tabeliyində olan Zənavil kəndini dəqiq bombalayaraq, 3 İŞİD başçısını öldürüb.

Teqlər