İraqın baş nazri İŞİD-in siyasi himayədarlarına reaksiya verib
-
Heydər Əl-İbadi
İraq baş naziri aşkar, yaxud gizli şəkildə İŞİD terrorçularına dəstək verən müxtəlif qruplara xəbərdarlıq edib.
Əl-İraqiyyə televiziyasının verdiyi məlumata görə, İraqın baş naziri Heydər Əl-İbadi bu gün ölkənin cənub şərqində yerləşən Nəcəf vilayətində tayfalar toplusunda etdiyi çıxışında deyib: İŞİD-ə dəstək verərək iraqlıların qırğınına səbəb olan qruplar tezliklə cinayət işinə cəlb olunacaqlar və İraq dövləti onların məhkəməyə verilməsində tam israrlıdır.
Heydər Əl-İbadi bəzi peyk televiziyalarının İraqın təhlükəsizlik qüvvələrinə qarşı mövqelərini tənqid edərək deyib: Bu telekanallar iraqlılar İŞİD-ə qələbə çaldıqda İraq hökuməti və xalqına qarşı dəlicəsinə propaqanda aparırlar.
İraqın baş naziri İraqın tanınmış təqlid mərcəi Ayətullah Seyid Əli Sistaninin xalqın canı və malının mühafizəsi sahəsindəki müraciət və tövsiyyələrini yüksək qiymətləndirərək, bu müraciətin əsas rola malik olduğunu vurğulayıb.
Heydər Əl-İbadi bir daha İŞİD-in əcnəbilərin məkirli planı olduğunu bildirib və deyib: İraqın təhlükəsizlik qüvvələri böyük fədakarlıq nümayiş etdirərək, əcnəbilərin İŞİD çərçivəsində həyata keçirdikləri məkirli planları məğlubiyyətə uğrada bildilər.
İraqın baş naziri ölkənin fraksiyalar və siyasi cəriyanlarından təkfirçi-sionist İŞİD terrorçuları ilə mübarizədə İraq qüvvələrinə dəstək vermələrini istəyib.