Bəhreyndə Şeyx İsa Qasimə qarşı repressiyalar əleyhinə etirazlar davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i222478-bəhreyndə_Şeyx_İsa_qasimə_qarşı_repressiyalar_əleyhinə_etirazlar_davam_edir
Bəhreyndə Şeyx İsa Qasimə qarşı repressiyalar əleyhinə etirazlar genişlənib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2016 13:56 Asia/Baku
  • Bəhreyndə Şeyx İsa Qasimə qarşı repressiyalar əleyhinə etirazlar davam edir
    Bəhreyndə Şeyx İsa Qasimə qarşı repressiyalar əleyhinə etirazlar davam edir

Bəhreyndə Şeyx İsa Qasimə qarşı repressiyalar əleyhinə etirazlar genişlənib.

Əl-Bəhreyn Əl-Yəum internet portalı bu gün bildirib ki, minlərlə bəhreynli müxtəlif şəhər və kəndlərdə aksiyalar keçirərək, Ali-Xəlifə rejiminin məşhur bəhreynli ruhani Şeyx İsa Qasimin vətəndaşlığını ləğv etməsinə öz etirazını bildirib, ölkədə yaranmşı durumda Ali-Xəlifə rejiminin məsuliyyət daşıdığını vurğulaydır.

Əhali bir sıra din xadimləri ilə birlikdə Şeyx İsa Qasimin mənzili qarşısında oturaq aksiya keçirərək, Ali-Xəlifə rejiminin hədə-qorxularına heç vaxt təslim olmayacağını bildirib.

Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri isə Səhla və Beladel-Qədim bölgələrində aksiyaları gözyaşardıcı qaz və diyircəkli mərmilərdən istifadə edərək dağıdıblar.

Bəhreyn rejimi iyunun 20-də bu ölkənin tanınmış ruhanisi Şeyx İsa Qasimin vətəndaşlığını ləğv edib. Ali-Xəlifə rejiminin bu qərarı beynəlxalq reaksiyalara səbəb olub.