Bəşşar Əsəd Suriya hərbçiləri ilə iftar edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i223039-bəşşar_Əsəd_suriya_hərbçiləri_ilə_iftar_edib
Suriya prezidenti bu ölkə hərbçiləri ilə iftar ziyafətində iştirak edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 27, 2016 05:58 Asia/Baku
  • Bəşşar Əsəd Suriya hərbçiləri ilə iftar edib
    Bəşşar Əsəd Suriya hərbçiləri ilə iftar edib

Suriya prezidenti bu ölkə hərbçiləri ilə iftar ziyafətində iştirak edib.

İRNA-nın məlumatına görə, Suriya prezidenti Bəşşar Əsəd bazar günü Dəməşqin Şərqi Qutə rayonunun Xərabu məntəqəsində ordu hərbçiləri ilə görüşüb və onlarla iftar edib.

Suriya prezidenti hərbçilərlə iftar etdikdən sonra deyib: Bu iftar ömrümdə etdiyim ən dadlı iftar idi.

Şərqi Qutəni Mərcus-Sultan bölgəsi 2015-ci ilin dekabr ayında terrorçulardan təmizlənib.

Suriya ordusu qüvvələri Şərqi Qutədə irəliləyişi davam etdirir.

Suriya ordusu şənbə günü keçirdiyi əməliyyatda Zibdeyn məntəqəsində terror qruplaşmalarının 13 tunelini məhv edib və çoxlu sayda terrorçunu öldürüb.