Bəşar Əsəd Xalq və Ordunun Terrorizm ilə mübarizəsinə dəstək verib
Suriya Prezidenti deyib: Suriya ordusu və xalq qüvvələrinin terrorçulara qarşı mübarizəsi bu qrupların tamamilə məhv olmalarına gətirib çıxaracaq.
Suriyanın rəsmi informasiya agentliyi SANA-nın verdiyi məlumata görə, Bəşar Əsəd dünən dəməşqin ətrafında ordu bölmələri və xalq qüvvələrinə baxış keçirdikdən sonra deyib: Bizim terrorçulara qarşı tarix yaradan toqquşmamız terrorçuların qəti məğlubiyyətinədək davam etdiriləcək.
Bəşar Əsəd deyib: Suriya əsgərlərinin canfəşanlığı, terrorçulara qarşı geniş müharibədə Suriyanı mühafizə edən əsas amildir və bütün suriyalılar bu qələbələrdən sevinir, güclənir və ona nikbindir.
Suriya prezidenti deyib: Suriya ordusunun döyüşçülərinin ailələri özlərindən səbr və müqavimət nümayiş etdirirlər ki bu da ordunun nailiyyətlərində əsas rola malikdir.
Görüşdə hərbi komandirlər də xalqın orduya dəstəyinin orduda möhkəm əhval-ruhiyyə yaratdığını və ordunun Suriyanın tam azad edilməsinədək mübarizəni davam etdirəcəyini vurğulayıblar.