Fələstin müqaviməti gecə-gündüz Qəzzə zolağı sərhədlərini qoruyur
Fələstin müqavimət qrupları gecə-gündüz Qəzzə zolağı sərhədlərni qoruyur və sionist rejimin istənilən axmaqlığı ilə mübarizə üçün hazır olduğunu bildirir.
Əl-Məsirə telekanalı fələstinli müqavimət qrupların sionist hərbçilərlə qarşılaşmağa hazır olduğunu bildirib.
Bu telekanalın Qəzzədəki jurnalisti İslam Cihadı Hərəkatının hərbi qolu olan Qüds Batalyonu döyüşçülərindən bir qrupu ilə görüşüb və danışıb.
Jurnalist Hacər Hərb bildirib: Fələstin müqavimətçiləri sionist rejim qarşısında Qəzzə zolağının sərhədlərini gecə-gündüz qorumaqdadırlar. Onlar mübarək Ramazan ayında günün istisində fəaliyyət göstərir və gecələr və səhərlər sərhəd çəkərək qələbəni dua etməyi unutmurlar.
Qüds batalyonu komandanlarından Əbu Cəfər deyir: Bütün bu sərhədçilər sionist hərbçilərlə mübarizə üçün saniyələri sayırlar. Belə ki, onları cəhənnəmə vasil etsinlər və sionist rejim ordusunun batalyonlarına bir daha yaxşı dərs versinlər. Müqavimət qüvvələri indiyə qədər Allahın köməyi ilə düşmən qarşısında çoxlu uğurlar qazanmışdır və arxayındır ki, düşmənin axmaqlığı olduğu halda onlara yaxşı dərs verəcək.
Əl-Məsirənin jurnalisti bildirib: Bu şəxslər üçün ailələrinin yanına öz ayaqları üzərində və yaxud şəhidlik tabutunda qayıtmaq önəmli deyildir. Çünki hər halda özlərini qalib hesab edirlər.
Qüds Batalyonu komandanlarından Əbu Məhəmməd deyib: Biz düşməndən qorxmuruq. Bizdən qaçan sionistlərin əksinə olaraq, biz onlarla mübarizə aparmaq və döyüşmək istəyirik. Biz şəhidliyi özümüz üçün fəxr və şərafət hesab edirik, qələbə bizimlədir.