İstanbul terraktında həlak olanların sayı 50 nəfərə çatdı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i223483-İstanbul_terraktında_həlak_olanların_sayı_50_nəfərə_çatdı
CNN-in məlumatına görə, İstanbulun Atatürk Havalimanında terror aktlarında həlak olanların sayı 50 nəfərə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 30, 2016 07:37 Asia/Baku
  • İstanbul terraktında həlak olanların sayı 50 nəfərə çatdı
    İstanbul terraktında həlak olanların sayı 50 nəfərə çatdı

CNN-in məlumatına görə, İstanbulun Atatürk Havalimanında terror aktlarında həlak olanların sayı 50 nəfərə çatıb.

Bu terror aktlarını İstanbul Atatürk aeroportunda 3 kamikadze törədib. Nəticədə 239 nəfər də yaralanıb.

İstanbul valiliyi bildirib: Həlak olanlardan beş nəfəri Ərəbistan, ikisi İraq, biri Özbəkistan, biri İran və biri isə Ukrayna vətəndaşıdır. Başqa bir şəxsin kimliyinin müəyyənləşməsi üçün araşdırmalar davam edir. Türkiyədə Atatürk hava limanında terror aktı ilə bağlı bir gün matəm elan olunub.

Türkiyə baş naziri bu aktı İŞİD-in törətdiyini bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu aktdan sonra beynəlxalq ictimaiyyətdən terrorizmlə ahəngdar şəkildə mübarizə aparmasını istəyib.

Bir çox ölkə, o cümlədən İran, Rusiya, ABŞ və Fransa, Almaniya, Pakistan, Dünya Müsəlman Alimləri Birliyi və NATO baş katibi İstanbul terror aktlarını pisləyiblər.

France 24 telekanalının jurnalisti reportaj verib ki, İstanbulun Atatürk aeroportuna terrorçuların hücumu təsadüfi olmayıb. Bir daha turizm hədəfə alındı və bu məqsəd daha çox simvolikdir.