Ərəbistanın Cəddə şəhərində ABŞ konsulluğu yaxınlığında terror aktı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i224008-Ərəbistanın_cəddə_şəhərində_abŞ_konsulluğu_yaxınlığında_terror_aktı
Terrorçu kamikadze özünü Ərəbistanın Cəddə şəhərində, ABŞ konsulluğu yaxınlığında partladıb. 2 təhlükəsizlik qüvvəsi yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2016 08:13 Asia/Baku
  • Ərəbistanın Cəddə şəhərində ABŞ konsulluğu yaxınlığında terror aktı
    Ərəbistanın Cəddə şəhərində ABŞ konsulluğu yaxınlığında terror aktı

Terrorçu kamikadze özünü Ərəbistanın Cəddə şəhərində, ABŞ konsulluğu yaxınlığında partladıb. 2 təhlükəsizlik qüvvəsi yaralanıb.

Bu terror aktında xəsarət alan təhlükəsizlik qüvvələri xəstəxanaya köçürülüb.

Hadisə 4 iyul, Amerikanın müstəqillik günündə baş verib.

Ərəbistanın təhlükəsizlik qüvvələri ABŞ konsulluğunun ətrafında təhlükəsizlik tədbirlərini gücləndiriblər.

ABŞ-ın Cəddə şəhərindəki konsulluğu 2004-cü ildə də terror aktına məruz qalmışdı. O zaman baş vermiş hadisədə 9 nəfər həlak olmuşdu.