Ərəbistan Yəməndə atəşkəsi pozmaqda davam edir
-
Ərəbistan Yəməndə atəşkəsi pozmaqda davam edir
Ərəbistan və Ali-Səud muzdluları Yəmənə olan təcavüzlərinin davamında bir daha atəşkəsi pozaraq, Yəmənin müxtəlif şəhərlərini bombalayıblar.
Yəmənin dövlət xəbər agentliyi Səba bildirir ki, bazar günü Ərəbistan muzdlularının Cəvf vilayətində yerləşən Mətun şəhərinə olan hücumlarında 3 uşaq həlak olub, daha 3 nəfər isə yaralanıb.
Ərəbistan muzdluları həmçinin, Səna əyalətində yerləşən Nəhəm şəhərini də hədəfə alıblar.
Bu arada Ərəbistan qırıcıları Təiz əyalətinin Şəqəb məntəqəsini 2 dəfə bombardman ediblər.
Digər tərəfdən Ərəbistan muzdluları Təiz şəhərinə doğru irəliləməyə çalışıblar. Bu da onların çoxlu sayda tələfat verməsinə səbəb olub.
Ərəbistan qırıcıları həmçinin, Yəmənin Hədidə, Sədə və Məarib əyalətlərini də bombardman ediblər.
Ərəbistan bir sıra ərəb ölkəsi ilə birlikdə 2015-ci ilin martından Yəmənə qarşı geniş hücumlara başlayıb. Bu hücumlara səbəb olaraq istefada olan fərari prezident Əbdürrəbbə Mənsur Hadini yenidən iqtidara qaytarmaq cəhdi göstərilir.
Bu hücumlar indiyə kimi minlərlə nəfərin ölməsinə, yaralanmasına və ölkə infrastrukturlarının dağılmasına səbəb olub.