Ərəbistan və Yəmən sərhədlərində toqquşmalar yenidən intensivləşib
-
Ərəbistan və Yəmən sərhədlərində toqquşmalar yenidən intensivləşib
Yəmən sülh müzakirələrində iştirak edən tərəflərin atəşkəs komitəsinin fəaliyyət məkanının Ərəbistanın "Cənubi Zəhran" məntəqəsinə köçürülməsi barədə qərara gəlmələrinin ardınca, Ərəbistanın sərhəd məntəqələri toqqumaların şahidi olub.
Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri Ərəbistan-Yəmən sərhədindən yerləşən Təval keçid məntəqəsinə yeni hərbi təchizatlar göndəriblər. Yəmən ordusu və könüllü xalq qüvvələri də Hərəz və Midi sərhəd şəhərlərinə yeni hərbi təchizatlar toplayıblar.
Yəmənin qərbində, Həccə əyalətində də hərbi təchizatlar toplanıb. Ərəbistanın 3 zirehlisi isə Təval keçidindən keçməyi bacarmayıb. Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrinin Hərəz sərhəd keçid məntəqəsinə doğru irəliləməsinə mane olaraq, bu cəhdi uğursuz qoyublar.
Məlumatın davamında bildirilir: Ərəbistan qırıcıları Cəvf əyalətinin şimal məntəqələrinə olan hücumlarını yenidən bərpa ediblər.
Yəmənin Məarib əyalətində bir hərbi qaynaq ordu və könüllü xalq qüvvələrinin Kufəl hərbi bazasına çıxışı olan Xəttab və Dire Al Hizan təpələrinə doğru hərəkət etməsindən xəbər verib.
Ərəbistan qırıcıları Mənsur Hadiyə bağlı qüvvələrin Nəhəm şəhərinə doğru irəliləyə bilməməsinin ardınca bu məntəqəni bombardman ediblər.