İstanbul partlayışında qonşu ölkələrin müdaxiləsi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i224263-İstanbul_partlayışında_qonşu_ölkələrin_müdaxiləsi
Türkiyə prezidenti deyib: Rusiya, Qırğızıstan və Tacikistan vətəndaşlarının son İstanbul partlayışında müdaxiləsi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2016 05:27 Asia/Baku
  • İstanbul partlayışında qonşu ölkələrin müdaxiləsi
    İstanbul partlayışında qonşu ölkələrin müdaxiləsi

Türkiyə prezidenti deyib: Rusiya, Qırğızıstan və Tacikistan vətəndaşlarının son İstanbul partlayışında müdaxiləsi olub.

Fars Xəbər Agentliyinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan ötən gün Türkiyə Prezident Sarayında yerli jurnalistlərə verdiyi açıqlamada əlavə edib: İstanbul şəhəri Atatürk Beynəlxalq Hava Limanında terror aktlarında iştirak etmək ittihamı ilə 30 nəfər saxlanılıb. Onlar arasında Rusiya, Qırğızıstan və Tacikistan vətəndaşları da vardır.

Bir müddət öncə Türkiyənin Anadolu İnformasiya Agentliyi də bildirmişdi ki, Atatürk Beynəlxalq Aeroportundakı partlayışda Özbəkistan, Qırğızıstan və Rusiya vətəndaşlarının əli olub.

28 iyunda Atatürk beynəlxalq hava limanında baş verən 3 partlayış nəticəsində 40-dan çox şəxs həlak olub, 200 nəfər də yaralanıb.

Türkiyə hökuməti bu hücumlarda İŞİD terror qruplaşmasının məsuliyyət daşıdığını bildirib.