Suriyanın Həsəkə vilayətində terraktlar; onlarla ölü və yaralı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i224293-suriyanın_həsəkə_vilayətində_terraktlar_onlarla_ölü_və_yaralı
Suriyanın şimal-şərqində terror aktında 60 nəfər həlak olub və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2016 08:07 Asia/Baku
  • Suriyanın Həsəkə vilayətində terraktlar; onlarla ölü və yaralı
    Suriyanın Həsəkə vilayətində terraktlar; onlarla ölü və yaralı

Suriyanın şimal-şərqində terror aktında 60 nəfər həlak olub və yaralanıb.

Suriyanın şimal-şərqində Həsəkə vilayətində çərşənbə axşamı gecə baş verən terror aktında 16 nəfər həlak olub, 50 nəfər də yaralanıb.

İŞİD terror qruplaşması bu aktın məsuliyyətini üzərinə götürüb.

Yerli mənbələri bildirdiyinə görə, motosikletçi kamikadze alış-veriş üçün şəhərə çıxmış vətəndaşlar arasında üzərindəki qurğunu işə salıb.

Həsəkə Suriyanın kürdsakinli vilayətlərindən biridir.

Suriyanın bəzi vilayətləri təxminən 5 ildir, terror qruplaşmalarının fəaliyyətinə görə de-stabil vəziyyətdədir.

Suriyadan əldə olunan digər bilr məlumata görə, Suriyanın müxtəlif şəhərlərində səadətli Fitr Bayramı namazı qılınıb.

Suriya prezidenti Bəşşar Əsəd ötən illərin əksinə olaraq bayram namazını Homs vilayətinin əl-Səfa məscidində qılıb.