Ədən hava limanı yaxınlığındakı partlayışda ölənlərin sayı artıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i224308-Ədən_hava_limanı_yaxınlığındakı_partlayışda_ölənlərin_sayı_artıb
Yəmənin cənubundakı Ədən hava limanının qonşuluğunda yerləşən səudiyyə koalisiyası qüvvələrinin bazası yaxınlığında bomba qoyulmuş iki avtomobilin partlaması nəticəsində azı yeddi nəfər həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 06, 2016 11:18 Asia/Baku
  • Ədən hava limanı yaxınlığındakı partlayış
    Ədən hava limanı yaxınlığındakı partlayış

Yəmənin cənubundakı Ədən hava limanının qonşuluğunda yerləşən səudiyyə koalisiyası qüvvələrinin bazası yaxınlığında bomba qoyulmuş iki avtomobilin partlaması nəticəsində azı yeddi nəfər həlak olub.

Əlməyadin telekanalının məlumatına görə, silahlı şəxslərin Ədən beynəlxalq hava limanı yaxınlığındakı Əlsulban bazasına hücumu və bomba qoyulmuş avtomobillə iki intihar partlayışının baş verməsi nəticəsində azı yeddi nəfər həlak olub.

Bu iki partlayışın baş verməsindən sonra yaraqlı şəxslərin içərisinə soxulduqları Əlsulban bazasında şiddətli döyüşlər baş verib. Silahlı şəxslər bu hücumda RPG mərmilərindən istifadə ediblər.

Terror hücumlarının baş verməsi nigarançılığına görə, Yəmənin cənubunun bəzi hissələrində Fitr bayramı namazının qılınması qadağan olunub.