Ankaranın Rusiya və İrana yaxınlaşması Suriyada dəyişikliyə səbəb olmayacaq
-
Ankaranın Rusiya və İrana yaxınlaşması Suriyada dəyişikliyə səbəb olmayacaq
Bəkir Atacan: Ankaranın Rusiya və İrana yaxınlaşması Suriyada dəyişikliyə səbəb olmayacaq.
Türkiyəli analitik əl-Hədəs telekanalı ilə müsahibədə Türkiyənin xarici siyasətində baş verən dəyişikliklər haqda deyib: Türkiyənin xarici siyasəti heç şübhəsiz dəyişməlidir. Amma, bu dəyişiklik o qədər də köklü olmayacaq. Türkiyə Xarici İşlər Nazirliyində aparılan islahatlar adi bir məsələdir və Suriya işi ilə heç bir əlaqəyə malik deyil.
B.Atacan əlavə edib: Türkiyə, Rusiya və İranın bir-birinə yaxınlaşmasına baxmayaraq, Suriya böhranı ilə bağlı həll yolunun tapılacağına inanmıram. Çünki, İran Suriyada dövlət daxilində dövlət yaratmaq istəyir. Necə ki, biz bu gün Livanda bunun şahidiyik. Türkiyə isə heç vaxt bu məsələ ilə razılaşmayacaq. Rusiya da hər iki tərəfin maraqlarının təmin edilməsi üçün Amerika ilə danışıqlar aparmaqla məşğuldur. Bu da Türkiyənin maraqlarına ziddir.