İŞİD Suriyaya girmək üçün Türkiyə sərhədlərindən faydalanıb
-
İŞİD Suriyaya girmək üçün Türkiyə sərhədlərindən faydalanıb
Türkiyə müxalifət mediyası terrorçu İŞİD qrupunun Suriyaya daxil olmaq üçün Türkiyənin 19 sərhəd məntəqəsindən özü də dövlətin maneəçiliyi olmadan istifadə etmiş olduğunu iddia ediblər.
İRNA-nın verdiyi məlumata görə əslində Türkiyə mediaları Assoseited Press-in yaydığı reportaja istinadən belə məlumatlar yayıblar.
Associated press-in reportajında isə deyilir ki, İŞİD üzvləri 2013-2014-cü illərdə Türkiyənin Suriya sərhəddindəki Akçaqala, Qarqamış və Öncüpinar sərhəd keçid məntəqələrindən Suriyaya daxil olmaq üçün ən əsas keçid yolu kimi istifadə ediblər.
Associated Press isə bu məlumatı Suriyanın Zamanül-Vəsl adlı xəbər portalına istinadla dərc edib.
Sözü gedən Suriya xəbər portalının iddia edir ki o 2013-2014 illərində Türkiyədən Suriyaya İŞİD-çilərin girməsi barədə 4 min 37 sənəd əldə edib.
Həmin sənədlərin 3 min 900-ü ilə terrorçu İŞİD ünsürlərinin Türkiyənin hansı sərhəd məntəqəsindən keçmələri məlum olunub.
Həmin sənədlərə görə İŞİD Türkiyənin 19 sərhəd məntəqəsindən istifadə etmiş olsa da ən əsası üç sərhəd keçid məntəqəsini diqqətdə saxlayırmış.