Yəmənin cənubunda ərəbistanlı muzdlular öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i225139-yəmənin_cənubunda_ərəbistanlı_muzdlular_öldürülüb
Yəmən ordusunun ölkənin cənubunda keçirdiyi əməliyyatda bir qrup ərəbistanlı muzdlu öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2016 05:35 Asia/Baku
  • Yəmənin cənubunda ərəbistanlı muzdlular öldürülüb
    Yəmənin cənubunda ərəbistanlı muzdlular öldürülüb

Yəmən ordusunun ölkənin cənubunda keçirdiyi əməliyyatda bir qrup ərəbistanlı muzdlu öldürülüb.

Yəmənin əl-Məsirə telekanalının məlumatına görə, Yəmən ordusu və xalq qüvvələri çərşənbə günü Ləhic vilayətində əməliyyat keçirib. Əməliyyat nəticəsində bir sudanlı zabit və 16 ərəbistanlı muzdlu öldürülüb.

Bu əməliyyatda həmçinin Ərəbistanın başçılıq etdiyi koalisiyanın hərbi təchizat və sursatı hədəfə alınıb və onlara xəsarət vurulub.

Əl-Couf vilayətinin əl-Mutun şəhərinin müxtəlif bölgələri də istefa vermiş prezident Əbd Rəbbə Mənsur Hadiyə bağlı silahlı qüvvələrin ağır artilleriya hücumuna məruz qalıb.

Həmçinin Yəmən Ənsarullahı xalq hərəkatı qüvvələri ilə Ali-Səud muzdluları və Əbd Rəbbə Mənsur Hadiyə bağlı qüvvələr arasında Nihəm məntəqəsində baş verən toqquşmada 50 səudiyyəli muzdlu öldürülüb.

Yəmənin müxtəlif bölgələri, o cümlədən yaşayış massivləri 2015-ci il 26 martdan səudiyyəli koalisiyanın irimiqyaslı hücumlarına məruz qalır. Bu hücumlarda minlərlə yəmənli həlak olub və ölkənin infrastrukturlarına ciddi ziyan dəyib.