Yəmənli fəal: Səudiyyəlilər Yəməndə sülh istəmirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i225160-yəmənli_fəal_səudiyyəlilər_yəməndə_sülh_istəmirlər
Yəmən Ənsarullah Hərəkatının Siyasi Şurasının üzvü deyib: Səudiyyəlilər Yəməndə sülhün bərqərar olunmasını istəmirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2016 08:02 Asia/Baku
  • 
Məhəmməd əl-Bəxiti
    Məhəmməd əl-Bəxiti

Yəmən Ənsarullah Hərəkatının Siyasi Şurasının üzvü deyib: Səudiyyəlilər Yəməndə sülhün bərqərar olunmasını istəmirlər.

Məhəmməd əl-Bəxiti əl-Aləm telekanalı ilə müsahibədə Yəməndə baş verən proseslər və səudiyyəli təcavüzkarların Yəmənə hücumda hansı nəticəni əldə etməsinə dair suala cavabda deyib: Səudiyyə Ərəbistanı bundan öncə öz siyasətlərinə yenidən baxmalı idi. Bu ölkə Yəmənə 16 ay təcavüzdə elan olunan məqsədlərdən heç birini əldə etməyib. Səudiyyəlilər ilk öncə Yəmənin ballistik raketləri barədə iddia irəli sürdülər və bu raketləri öz təhlükəsizliyi üçün hədə hesab edir və onun məhv edilməsini bildirirdilər. Lakin aydınlaşmışdır ki, bu raketlər Səudiyyə Ərəbistanı ərazisini hədəfə almışdır.

Məhəmməd əl-Bxiti Sənaya hücum barədə səudiyyəlilərin yalanının məğlubiyyətə uğradığını bildirərək deyib: Ənsarullah Yəməndə qüdrətli olduğu və sevilməsinə baxmayaraq, ölkədə iqtidarı birtərəfli şəkildə ixtiyarında saxlamaq istəmir.