İyul 13, 2016 12:33 Asia/Baku
  • Bəhreynlilər Şeyx İsa Qasimin mənzili önündə aksiyanı davam etdirir
    Bəhreynlilər Şeyx İsa Qasimin mənzili önündə aksiyanı davam etdirir

Bəhreyn vətəndaşları ölkənin yüksək səviyyəli ruhanisi Şeyx İsa Qasimin mənzili önündə aksiyanın davam etdirilməsini vurğulayıblar.

Əl-Aləm xəbər telekanalının məlumatına görə, Bəhreyn vətəndaşları çərşənbə axşamı günü Şeyx İsa Qasimin mənzili önündə bir daha aksiya keçirərək bildiriblər ki, Ali-Xəlifə rejimi bu bəhreynli ruhaniyə qarşı ədalətsiz qərarından vaz keçmədiyi zamana qədər onun mənzili önündə aksiyanı davam etdirəcəklər.

Ali-Xəlifə qüvvələrinin mühasirəsinə baxmayaraq, bəhreynlilər ardıcıl 4-cü həftə olaraq Şeyx İsa Qasimin vətəndaşlığını ləğv edən və onu bu ölkədən çıxarmağa çalışan Ali-Xəlifənin qərarına etiraz olaraq aksiya keçirir.

Bəhreynli etirazçılar bildiriblər: Şeyx İsa Qasim Bəhreyn xalqının qırmızı xəttidir və Ali-Xəlifə ona zərər vura bilməz. Çünki İsa Qasim milli şəxsiyyətlərdən hesab olunur və Bəhreyn Konstitusiyasının tənzimlənməsində iştirak etməlidir.

Bəhreynlilər həmçinin İraqın əl-Kəradə bölgəsində qanlı terror aktında həlak olanların ailələrinin dərdinə şərik çıxaraq İŞİD terrorçularının cinayətləri qarşısında beynəlxalq dairələrin sükutunu pisləyiblər.

Teqlər