İyul 13, 2016 14:21 Asia/Baku
  • İraqlı ekspert: İstanbul partlayışları Ərəbistanın təhriki ilə törədildi
    İraqlı ekspert: İstanbul partlayışları Ərəbistanın təhriki ilə törədildi

İraqın media mərkəzinin direktoru deyib: Şübhəsiz İŞİD-in bölgədəki hərəkətləri Səudiyyə Ərəbistanının istiqamətləndirməsi ilə baş verir və İstanbul partlayışları Rusiya və Türkiyə yaxınlaşmasına reaksiya olaraq baş verdi.

Abbas əl-Musəvi əl-Məyadin telekanalına verdiyi müsahibədə İraqda İŞİD terror qruplaşması ilə anlaşmada ABŞ-ın strategiyası haqda deyib: Mən hələ də bu qənaətdəyəm ki, İŞİD terror qruplaşması ABŞ və təhlükəsizlik xidmətlərinin mənafeyinə əsasən hərəkətə keçir. İstanbul partlayışları Rusiya-Türkiyə yaxınlaşmasına reaksiya olaraq törədildi. Şübhəsiz İŞİD-in bölgədəki hərəkətləri Səudiyyə Ərəbistanının istiqamətləndirməsi ilə baş verir. Ötən həftə bu ölkədə baş verən partlayışlar bu məqsədlə baş verir ki, Ərəbistan özünü İŞİD-in qurbanı olaraq göstərsin. İraqda İŞİD-in aktında yüzlərlə nəfərin öldüyü bir halda, necə ola bilər ki, Ərəbistanda həmin qruplaşmanın aktında bir nəfər həlak olmur. İŞİD Səudiyyə Ərəbistanının yetişdirməsidir. Qərb mətbuatı bu məsələyə toxunur və Hillari Klintonda bu məsələyə toxunub. İŞİD-in mübarək Ramazan ayındakı bu aktları bu qruplaşmanı məhv etməyin qeyri-mümkün olduğunu vurğulamaq üçündür.

Teqlər