ABŞ müsəlmanları Ərəbistanın hərəkətlərinə qarşı aksiya keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i225313-abŞ_müsəlmanları_Ərəbistanın_hərəkətlərinə_qarşı_aksiya_keçirib
Yüzlərlə amerikalı müsəlman Bəqi qəbiristanlığının dağıdılmasının ildönümü günündə Ərəbistanın Vaşinqtondakı səfirliyi önündə aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 14, 2016 08:44 Asia/Baku
  • ABŞ müsəlmanları Ərəbistanın hərəkətlərinə qarşı aksiya keçiriblər
    ABŞ müsəlmanları Ərəbistanın hərəkətlərinə qarşı aksiya keçiriblər

Yüzlərlə amerikalı müsəlman Bəqi qəbiristanlığının dağıdılmasının ildönümü günündə Ərəbistanın Vaşinqtondakı səfirliyi önündə aksiya keçirib.

Ərəbistana hakim kəsilmiş təəssüblü firqə tərəfindən törədilmiş bu təəssüfləndirici hadisənin ildönümü günündə ABŞ müsəlmanlarından bir qrupu Ali-Səudun Vaşinqtondakı səfirliyi önündə etiraz aksiyası keçirib.

Amerikada hüquq fəallarından olan "Kod Pink" qrupunun lideri xanım Midiya Benyamin də bu aksiyada deyib: Səudların 11 sentyabrda terrorçu olmalarını ifşa edən 28 səhifəlik sənədin ifşa edilməsi, eləcə də Ərəbistan tərəfindən Yəmənin bombalanması və uşaqların öldürülməsinin qadağan olunmasını istəyirik.

Müsəlmanlar sonra Ağ Evədək yürüş keçiriblər.