İraq qüvvələri Mosulu azad etməyə çalışır
-
İraq qüvvələri Mosulu azad etməyə çalışır
İraq qüvvələri Neynəva vilayətinin mərkəzi olan Mosulu azad etmək üçün bu şəhərə yaxınlaşıblar.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, İraqın Terrorizmlə Mübarizə İdarəsinin sözçüsü Səbbah əl-Nəman deyib: Mosulun azad edilməsi əməliyyatı istiqamətində, ölkənin təhlükəsizlik qüvvələri İŞİD terrorçuların əsas mərkəzi olan Mosulun 60 kilometrliyinə çatıblar.
İraqın Terrorizmlə Mübarizə İdarəsi həmçinin Mosulun cənubunda əl-Qiyar bazası yaxınlığında yaşayış obyektlərinin azad olunduğunu bildirib.
Bu əməliyyatda 18 İŞİD terrorçusu öldürülüb və iki bomba quraşdırılmış avtomobil məhv edilib.
İraq baş naziri və Ali Baş Komandan Heydər əl-İbadi də əl-Qiyarə hava bazasının tam şəkildə azad olunmasından sonra Mosul əhalisindən bu şəhərin azad olunması əməliyyatına hazır olmasını istəyib.
İraq baş naziri bildirib ki, İŞİD terrorçularının Fəllucəni tərk etməyə məcbur olduqları kimi, Mosulda da İŞİD-in İraq ordusu qüvvələri ilə qarşılaşmaq gücü yoxdur.