Yəmən ordusu Maribdə bir hərbi bazanı atəşə tutub
İyul 14, 2016 15:15 Asia/Baku
-
Yəmən ordusu Maribdə bir hərbi bazanı atəşə tutub
Yəmən ordusu və xalq qüvvələrinin raket bölməsi Zilzal-3 ballistik raketindən istifadə edərək Marib vilayətində Tədavin hərbi bazasını atəşə tutub.
Əl-Aləm telekanalının məlumatına görə, muzdlu qüvvələrin atəşkəsi pozmağı davam etdirməsinə görə, Nihəm və Maribdə qarşıdurmalar davam edir.
Yəmən qüvvələri bu qarşıdurmalarda muzdluların Kufel bölgəsinə doğru irəliləməsini önləyiblər. Bu arada Ərhəb bölgəsində Yəmən köçəriləri şeyxləri ölkə ərazisinin müdafiəçilərinə tam dəstəklərini elan ediblər.
Ərəbistana bağlı muzdluların irimiqyaslı hava dəstəyinə malik olmasına baxmayaraq, ordu və xalq qüvvələrinin döyüş meydanlarında üstünlüyü diqqət çəkir.
Teqlər