CNN: Ərdoğan Türkiyə xalqını parçalayır
İyul 17, 2016 12:17 Asia/Baku
-
Türkiyə prezidenti
Ərdoğanın dövlət çevrilişində ABŞ-ın rolu ilə bağlı söylədiklərinin ardınca, CNN telekanalı Ərdoğanı Türkiyə xalqı arasında təfriqə törətməkdə ittiham edib.
CNN telekanalının verdiyi məlumata görə, Türkiyə dövləti eyni zamanda həm İŞİD, həm də PKK terrorçuları ilə savaşır. Türkiyənin qonşusu olan Suriyada isə vətəndaş müharibəsi cərəyan edir. Bu da Türkiyə üçün təsirsiz ötüşməyib. Türkiyənin ötən illərdə üzləşdiyi əsas problemlərdən biri bu ölkənin siyasi baxımdan son dərəcə qütbləşməsi və təfriqəyə düçar olmasıdır. Türkiyə xalqı Ərdoğanın aşiqləri ilə ona nifrət edənlər arasıda ikiyə bölünüb. Türkiyənin hazırkı prezidenti Rəcəb Təyyib Ərdoğan təqribən 14 ildir ki, Türkiyənin siyasət səhnəsində meydan sulayır və hegemonluq edir.