Bəhreyndə etirazlar davam edir
İyul 17, 2016 14:14 Asia/Baku
-
Bəhreyndə etirazlar davam edir
Bəhreynlilərin Ali-Xəlifənin siyasətlərinə qarşı aksiyaları davam edir.
Əlminar telekanalı xəbər verib: Bəhreynlilər Ayətullah Şeyx İsa Qasimin mühakiməsinin irəli sürülməsinə etiraz olaraq, aksiya keçiriblər. Bu aksiya Ayətullah Qasimin mənzili önündə, Sitrədə, Kəranədə, Məamirdə və bir neçə digər məntəqədə keçiriliib. Bəhreynlilər şüar verərək, Ali-Xəlifənin bu ölkənin din xadimlərinə qarşı repressiya və təzyiqlərini pisləyiblər.
Bu məntəqələrin bəzilərində təhlükəsizlik qüvvələri əhaliyə qarşı rezin güllələrdən istifadə ediblər.