İyul 21, 2016 09:52 Asia/Baku
  • Bəhreyndə insan haqlarının pozulması davam edir
    Bəhreyndə insan haqlarının pozulması davam edir

Ali-Xəlifə rejiminin Bəhreyn vətəndaşlarına qarşı repressiya siyasətləri davam edir.

Əlaləm-in məlumatına görə, Ali-Xəlifə rejiminin hərbçiləri dünən bir ruhani daxil olmaqla azı 12 bəhreynlini icazəsiz Əldiraz məntəqəsində camaat namazı qılmaq ittihamı ilə həbs ediblər.

Bəhreynli hərbçilər həmçinin ruhani Şeyx Səid Ələsfuru və bəhreynli məddah Əlradud Əbdüccəbbar Əldirazini həbs ediblər.

Digər tərəfdən, bir Bəhreyn məhkəməsi bəhreynli ruhani Şeyx Muhəmməd Əlmənsanın appelyasiya məhkəməsini iyulun 31-də təxirə salıbdır.

Belə bir halda, Bəhreyn vətəndaşlarının Əldiraz məntəqəsində, ruhani Şeyx İsa Qasimin mənzili qarşısındakı aksiyası davam edir və bəhreynlilər şüarlarla bu din xadiminin vətəndaşlığının ləğv olunmasını pisləyiblər.

Şeyx İsa Qasimin mənzili qarşısında aksiya bir ay bundan qabaqdan və Bəhreyn rejiminin onun vətəndaşlığını əlindən alması qərarı ilə bir zamanda başlanıb.

Həmçinin 200-dən çox bəhreynli ruhani Ali-Xəlifə rejiminə xəbərdarlıq edibdir ki, özünün firqəvi təzyiqlərinə son qoysun.

Teqlər