İyul 28, 2016 11:24 Asia/Baku
  • Bəhreyn xalqının Şeyx İsa Qasimi himayə aksiyası davam edir
    Bəhreyn xalqının Şeyx İsa Qasimi himayə aksiyası davam edir

Bəhreyn xalqı bu ölkədə tanınmış şiə ruhani Şeyx İsa Qasimin Ali-Xəlifə rejimi tərəfindən mühakiməsinin pislənilməsinin davamında bu ölkənin müxtəlif məntəqələrində aksiya keçirib.

Bəhreynin Əllolo telekanalının məlumatına görə, bu ölkənin müxtəlif məntəqələri, o sıradan Əlsəhlə, Əbusəbi, Sar və Şəhrikan məntəqələrinin sakinləri dünən gecə şam namazından sonra Şeyx İsa Qasima qarşı keçirilmiş mühakiməni pisləyiblər.

Bəhreynlilər bu aksiyalarda şüarlar verərək, Şeyx İsa Qasimin mühakiməsinin dayandırılması və siyasi məhbusların Ali-Xəlifə rejiminin məhbəslərindən azad edilmələrini tələb ediblər.

Bəhreyn məhkəməsi dünən bu ölkədə şiə ruhani Şeyx İsa Qasimin iştirakı olmadan onun mühakiməsini təşkil edib, lakin ona qarşı ittihamlara baxılmasını avqustun 14-də saxlayıbdır.

Bəhreyn prokuroru Əhməd Əldusəri iddia edib ki, Şeyx İsa Qasim icazəsiz əmlak toplamaqda ittiham olunur, amma hüquqşünas və ədliyyə vəkili Abdullah Əlşəmlavi bu görkəmli din aliminə vurulan ittihamları əsas qanunun 22-ci maddəsilə təzadlı bilib.

Şeyx İsa Qasimin vətəndaşlığının ləğv olunmasından sonra bir aydan çoxdur ki, Bəhreyndə şiələr hiddətlidirlər.

Amma bu görkəmli bəhreynli ruhaninin mühakiməsi şiələr arasında hiddət və narahatçılığın yeni dalğasını yaradıbdır.

Teqlər