Əfqanıstanın Xaneşin məntəqəsi süqut edib
İyul 30, 2016 19:51 Asia/Baku
-
Əfqanıstanın Xaneşin məntəqəsi süqut edib
Əfqanıstanın Hilmənd vilayətindəki Xaneşin məntəqəsi süqut edib.
Taliban qrupu Əfqanıstanın təhlükəsizlik qüvvələrilə bir neçə saatlıq döyüşdən sonra bu gün səhər tezdən Hilmənd vilayətindəki Xaneşin məntəqəsinin nəzarətini ələ alıb.
AVA xəbər agentliyinin məlumatına görə, bəzi məlumatlara əsasən, Əfqanıstanın təhlükəsizlik qüvvələri Xaneşin məntəqəsindən taktiki surətdə geri çəkiliblər.
Yerli rəsmilər bildiriblər ki, Taliban-ın bu hücumunda Xaneşin məntəqəsinin polis rəisi Əbdürrəuf və bu məntəqənin təhlükəsizlik müdiri yaralanıb və yeddi polis də öldürülübdür.