Hələbdə onlarla silahlı Suriya dövlət qüvvələrinə təslim olub
-
Hələbdə onlarla silahlı Suriya dövlət qüvvələrinə təslim olub
Hələbdə onlarla silahlı şəxs terrorçuların nəzarət etdiyi bölgələrdən çıxaraq dövlət qüvvələrinə təslim olub və bu şəhərdə terror qruplaşmalarının nəzarə etdiyi bölgələrdən sivillərin çıxmasına başlanılıb.
Əl-Aləm telekanalının məlumatına görə, Suriya hökuməti Hələbdə sivillərin çıxması üçün bir neçə keçid müəyyənləşdirib.
Silahlı qruplaşmaların vətəndaşların çıxmasına mane olması üzrə üç günlük səylərindən sonra ötən gün Hələbdə Səlahəddin keçidindən onlarla nəfər bu şəhərdən çıxıb və Suriya dövlət qüvvələrinin nəzarət etdiyi bölgələrə çatıblar. Onlar buna nail olduqları üçün sevinirlər. Onlar silahlı şəxslərin terror hərəkətlərindən əzab-əziyyət içində idilər. Ondan çox silahlı şəxs də Səlahəddin keçidi vasitəsi ilə keçərək Suriya ordusu qüvvələrinə təslim olub, silahlarını təslim edib və əfv fərmanından sevindiklərini bildiriblər: Bu fərman onların təslim olmasına səbəb olub. Onlar bütün silahlı şəxslərdən silahlarını təslim və əfv fərmanından istifadə etmələrini istəyiblər.
Silahlı şəxslərdən biri deyib: Mən Hələbin şərq məhəlləsində idim. Silahımı təhvil verdim və vətənimin qucağına qayıtdım. Suriya hökuməti də hökumətin nəzarətində olan bölgələrə gələn şərq məhəllələrinin sakinləri üçün müvəqqəti məkanlar hazırlayıb və onlara lazımi imkanlar yaradıb. Hələbdə qələbənin nişanələri müşahidə olunur və Hələbin sevinci əhalisinin qayıtması ilə təkmilləşəcək.