Ərəbistan Yəmən məscidlərini İŞİD metodu ilə partladır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i227659-Ərəbistan_yəmən_məscidlərini_İŞİd_metodu_ilə_partladır
Facebook sosial-ictimai şəbəkəsində fəallar İŞİD terror qruplaşmasının metodu ilə Yəmənin Təiz vilayətinin əl-Sərari kəndində Şeyx Camaləddin məscidinin partladılması anının videosunu paylaşıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 31, 2016 13:08 Asia/Baku

Facebook sosial-ictimai şəbəkəsində fəallar İŞİD terror qruplaşmasının metodu ilə Yəmənin Təiz vilayətinin əl-Sərari kəndində Şeyx Camaləddin məscidinin partladılması anının videosunu paylaşıblar.

Bu video əl-Sərari kəndinin tanınmış sufi şəxsiyyətlərindən olan Camaləddin məscidinin günbəzinin partladılması anını əks etdirir.

Bu videoda silahlı ünsürlərin bomba quraşdırdıqdan sonra onu uçqun təpəsinə çevirdiyini göstərir.

Silahlı ünsürlər ilk öncə Şeyx Camaləddinin məzarını açıb, onun cəsədinin qalıqlarını çıxarıb və yanıdırıblar.

Bu ünsürlər Təiz vilayətində Həsəm əl-Səfilə və digər səudiyyəli muzdlu qruplara üzv sələfi silahlılar olublar. Onlar ötən həftə çərşənbə axşamı günü əl-Sərari kəndinə hücum, kəndin bir çox evini, əl-Həyyar, əl-Nidan və Zi əl-Bərh kəndlərinin mənzillərini yandırıb və bir çox şiəni şəhid ediblər.

Bütün bu evlər Ali əl-Cüneydə aid olub.

İnsan haqları müdafiəçiləri və hüquq fəalları bu hərəkəti irqi təmizləmə və soyqırımı adlandırıblar.

Ərəbistana bağlı muzdlular indiyə qədər Yəməndə bir çox məscid, ziyarətgah və qəbiristanlıqları İŞİD metodu ilə dağıdıblar.