Ərdoğan: Mən də digər rəsmilər kimi keçmişdə Gülənə dəstək vermişəm
https://azeri.sahartv.ir/news/qərbi_asia-i227995-Ərdoğan_mən_də_digər_rəsmilər_kimi_keçmişdə_gülənə_dəstək_vermişəm
Türkiyə prezidenti ölkənin dəyanət şurasının təcili iclasında etdiyi çıxışında deyib: Təəssüflər olsun ki, mən də Turqut Ozal, Süleyman Dəmirəl, Bülənt Ecevit kimi Fətullah Gülənin həqiqi simasını və onun gizli niyyətlərini başa düşməmişəm və ona dəstək vermişəm.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 03, 2016 12:32 Asia/Baku
  • Rəcəb Təyyib Ərdoğan
    Rəcəb Təyyib Ərdoğan

Türkiyə prezidenti ölkənin dəyanət şurasının təcili iclasında etdiyi çıxışında deyib: Təəssüflər olsun ki, mən də Turqut Ozal, Süleyman Dəmirəl, Bülənt Ecevit kimi Fətullah Gülənin həqiqi simasını və onun gizli niyyətlərini başa düşməmişəm və ona dəstək vermişəm.

İRİB-nin Ankaradan verdiyi məlumata görə, Rəcəb Tayyıp Ərdoğan deyib: 2011-ci ilədək mən Fətullah Güləni dindar birisi sanırdım və bir çox sahələrdə ona dəstək oldum; bu xəyanətkarın həqiqi üzünü görməmiş olsam belə,  Allahın və xalqın qarşısında məsuliyyət daşıyıram və buna görə də Allah-Taaladan əfv diləyirəm. 

Türkiyə prezidenti deyib: Bilirəm, bəziləri hələ də Fətullah Gülənin niyyətlərini dərk etməkdə acizdirlər, lakin onun terrorçu qrupunun pərdəarxası planlarının üzə çıxmasından sonra artıq şübhələr aradan qaldırılıb və mübarizə dövrü başlanıb; bu prosesdə hər kəs nə etdiyini bilməlidir, ona görə ki, hər şey gün kimi aydındır və artıq səhvə yol verənlərin üzrü qəbul olunmayacaq.