Avq 04, 2016 11:45 Asia/Baku
  • Bəhreyndə repressiyalar güclənir
    Bəhreyndə repressiyalar güclənir

Bəhreyndə hökumət ilə müxalif olanların repressiyası davam edir, daha iki ruhani həbs edildi.

Livanın əl-Əhd informasiya kanalının verdiyi məlumata görə, Bəhreynin tanınmış ruhanilərindən olan şeyx Əli Həmidan və şeyx Əli Cəfiri həbs ediliblər. 

Bəhreyn prokurorluğu iki gün öncə də seyid Məcid Məşəli qanunsuz piket keçirməkdə ittiham və 15 gün həbsə məhkum etmişdi. 

Məcid Məşəl Bəhreyn İslam Alimləri Şurasının sədridir. 

Bəhreynin tanınmış şiə ruhanisi şeyx İsa Qasımın vətəndaşlıq hüququnun ləğv edilməsinin ardınca ölkədə etiraz dalğası genişlənib. Paralel olaraq Ali-Xəlifə rejimi ilə müxalif olanlara qarşı repressiyalar da artıb. 

Bəhreyn 2011-ci ilin fevralından Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir. 

Teqlər