Suriya ordusu Darya qapıları arxasında
-
Suriya ordusu Darya qapıları arxasında
Əl-Aləm kanalı Suriya ordusunun Dəməşqin qərb istiqaməti üzrə irəliləməsindən xəbər verib.
Əl-Aləm telekanalı Suriya ordusu və müqavimət qüvvələrinin Dəməşqin qərb istiqamətində irəliləməyə başladığından və Darya ilə Məzəmiyə Şam məntəqələrinin 1 kilometrliyinə qədər yaxınlaşmasından xəbər verib. Bununla da Dəməşqin təhlükəsizlik dairəsi daha da genişlənmiş olub.
Daryada yerləşmiş terrorçu qruplaşmalar Suriya ordusu və müqavimət qüvvələrinin bu irəliləyişinin nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyini yaxşı anlayırlar.
Ordu qüvvələrinin bu irəliləyişi terrorçuların Daraya ilə Məzəmiyə Şam məntəqələri arasında əlaqə yolunun yaradılması üzrə səylərini nakam qoymuş olub. Bununla da terrorçulara silah və əlavə qüvvə yardımının çatdırılması yolu bağlanmış olub.
Darya məntəqəsində bir neçə terror qruplaşması var. Şam Qoşunlarının İslami Birliyi, İslam Şəhidləri və Ənnüsrə Cəbhəsi( yeni adı Fəthül Şam Cəbhəsi) Darya məntəqəsindəki ən məşhur terror qruplaşmalarıdır.
Suriya ordusu Dəməşqin qərb istiqaməti üzrə irəliləyişində heç bir ciddi maneə ilə üzləşməyib və öz irəliləyişini davam etdirmək niyyətindədir. Bununla da digər strateji əhəmiyyətli məntəqələrin azad edilməsinə şərait yaranmış olacaq. Halbuki, terrorçular ön cəbhənin yarılacağı günün yaxında olduğunu hiss edərək, yeganə yolu qaçmaqda görürlər. Amma, geri çəkilməzdən öncə yerləşdikləri binaları dağıdaraq, xarabalıqlara çevirirlər.
Suriya ordusunun ehtiyatda olan zabiti Əli Maqsud əl-Aləm kanalına verdiyi müsahibədə deyir: Suriya ordusu tədarükat yolunu kəsmək və terrorçulara yardımların çatdırılmasına icazə verməməklə, həlledici və yekun mərhələyə start vermiş olub. Bunun üçün ilk növbədə dörd yol ayrıcına nəzarəti ələ keçirməli daha sonra isə Bilal Həbəşi Universitetinə doğru irəliləyərək, Darya məntəqəsini 2 istiqamətdən mühasirəyə almalıdır.