Avq 04, 2016 15:11 Asia/Baku
  • Terrorçuların Hələbdə kimyəvi silahlardan istifadə etməsi müharibə cinayətidir
    Terrorçuların Hələbdə kimyəvi silahlardan istifadə etməsi müharibə cinayətidir

Qarabağ Azadlıq Təşkilatının(QAT) sədri Akif Nağı terrorçuların Suriyada kimyəvi silahdan istifadə etməsini müharibə cinayəti adlandırıb və deyib: Beynəlxalq dairələr bu məsələnin araşdırılması və cinayətkar terrorçuların cəzalandırılması üçün dərhal lazımi addımlar atmalıdırlar.

Akif Nağı Səhər Kanalının Bakıdakı müxbirinə verdiyi müsahibədə terrorçuların Amerika və Ərəbistanın dəstəyi ilə İraq və Suriyada cinayətlər törətdiklərini deyərək, əlavə edib: Terrorçular ordu və xalq qarşısında aciz qaldıqları hər bir savaş meydanında bəşəriyyət əleyhinə yönəlmiş dəhəştli cinayətlərə əl atırlar. Onlar Suriya ordusu və xalqını məhv etmək istəyirlər. Bu kimi cinayətlərlə xalqı qorxutmaq və özlərinə tabe etmək istəyirlər.

Teqlər