Suriya ordusu Hələbdə silahlı qruplaşmalara ağır zərbələr endirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i228289-suriya_ordusu_hələbdə_silahlı_qruplaşmalara_ağır_zərbələr_endirib
Suriyada terrorçu silahlı qruplaşmalar Hələbin cənub və qərbində gedən ağır döyüşlərdə 252 nəfər üzvünün öldürüldüyünü təsdiqləyiblər. Suriya ordusu müttəfiq qüvvələrlə birlikdə çoxlu sayda silahlı ünsürü əsir götürüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 05, 2016 05:36 Asia/Baku
  • Suriya ordusu Hələbdə silahlı qruplaşmalara ağır zərbələr endirib
    Suriya ordusu Hələbdə silahlı qruplaşmalara ağır zərbələr endirib

Suriyada terrorçu silahlı qruplaşmalar Hələbin cənub və qərbində gedən ağır döyüşlərdə 252 nəfər üzvünün öldürüldüyünü təsdiqləyiblər. Suriya ordusu müttəfiq qüvvələrlə birlikdə çoxlu sayda silahlı ünsürü əsir götürüb.

Suriya ordusunun müttəfiq qüvvələrlə birlikdə Hələbin ətrafındakı qələbələri davam edir və bu bölgədə silahlı qruplaşmalara ağır zərbələr endirilib. 

Silahlı qruplaşmalar bu qarşıdurmalarda 252-dən çox üzvünün öldürüldüyünü təsdiqləyib. Öldürülən terrorçuların sayının çox olduğu dəqiqləşib. Silahlı qruplaşmalar bundan öncə rəsmi şəkildə öldürülmüş 64 nəfərin adını internet səhifələrində qeyd etmişdilər. Tələfatının sayının artması silahlı qruplaşmaları yalan xəbərlər yaymaqla ağır tələfatı terrorçulardan uzaqlaşdırmağa məcbur edib. Bu qruplaşmalar Hələbin cənub-qərbində əl-Ramusə şose yolunu ələ keçirməyə dair iddianı yayaraq zəifləmiş ünsürlərinin ruhiyyəsini yüksəltməyə çalışıblar. Lakin bu yolun kadrları bu yolun Suriya ordusu və müttəfiqlərinin nəzarətində olduğunu əks etdirir.